"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bank olmayan kredit təşkilatları haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–7, maddə 485; 2001-ci il, No–12, maddə 736) 4-cü maddəsinin 1.3-cü bəndindən “, digər Kredit İttifaqlarına” sözləri çıxarılsın.

II. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–3, maddə 130; 2005-ci il, No–4, maddə 276; 2007-ci il, No–5, maddə 401, No–6, maddə 562,  No–11, maddə 1070; 2008-ci il, No–11, maddə 960; 2009-cu il, No–6, maddə 404,   No–7, maddə 517) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 1-ci maddənin səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:
“Bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan hüquqi şəxs.”;
2. 2.3-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” sözlərindən sonra “Bank olmayan kredit təşkilatları haqqında” sözləri əlavə edilsin;
3. 3.3-cü   maddədə  “3.4-cü  və  42-ci   maddələri”   sözləri   “3.1-ci,   3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi” sözləri ilə, “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları    haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin;
4. 3.4-cü maddənin ikinci cümləsi çıxarılsın;
5. 35.4-cü   maddənin   üçüncü   hissəsinin   birinci   cümləsində “banklara” sözündən sonra “ ,“Bank   olmayan   kredit   təşkilatları haqqında”   Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit təşkilatlarına” sözləri əlavə edilsin.
III. “Azərbaycan Respublikasının Mərkəzi Bankı  haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–12, maddə 984; 2007-ci il, No–6, maddə 562, No–10, maddə 938, No–12, maddə 1196; 2009-cu il, No–6, maddə 404, No–7, maddələr 507, 517) 46.1-ci maddəsində “Poçt haqqında” sözlərindən        sonra “ ,“Bank olmayan kredit təşkilatları haqqında” sözləri əlavə edilsin.


            
                             
                                                                                                                İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
No– 1081-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU