"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 740; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 23, No–8, maddə 428, No–12 (I kitab), maddələr 676, 698; 2005-ci il, No–1, maddə 1, No–6, maddə 462,   No–8, maddə 684, No–10, maddələr 873, 905, No–12, maddə 1083; 2006-cı il, No–3, maddələr 223, 225, No–6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007-ci il,    No–2, maddə 80, No–12, maddə 1203; 2008-ci il, No–3, maddə 158, No–6, maddə 462, No–7, maddə 602, No–12, maddə 1047; 2009-cu il, No–1, maddə 5, No–2, maddə 56, No–3, maddə 160, No–7, maddə 519, No–12, maddə 947; 2010-cu il, No–6,         maddə 485) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 2.0.2-ci maddədə “aparılması” sözündən sonra “, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması” sözləri əlavə edilsin;
2. 2.0.19-cu maddədə “dövlət qeydiyyatı” sözlərindən sonra “və gigiyenik sertifikatının verilməsi” sözləri əlavə edilsin;
3.  aşağıdakı məzmunda 2.0.20-ci maddə əlavə edilsin:
“2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.”;
4. 10-cu maddənin adında “aparılmasına” sözündən sonra “, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına” sözləri əlavə edilsin;
5. aşağıdakı məzmunda 10.26-cı və 10.27-ci maddələr əlavə edilsin:
“10.26. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə - 100 manat;
10.27. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə - 50 manat.”;
6. aşağıdakı məzmunda 18.68 -ci maddə əlavə edilsin:
“ 18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi – 100 manat.”;
7. aşağıdakı məzmunda 30.1.4-cü maddə əlavə edilsin:
“ 30.1.4. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi – 20 manat”;
8. aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilsin:
“ Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi –  20 manat”;
9. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri:
33.1. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı – 100 manat;
33.2. Gigiyenik sertifikatın verilməsi – 15 manat.”.


                                                                                             
                                                                                                                    
                                                                                                                                                                                                                  
                                                                                                                      İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 30 sentyabr  2010-cu il
No– 1082-IIIQD
                                 
                                                                                                                  
                                                      
             

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU