"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə və dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
 
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No–7, maddə 599; 2010-cu il, No–4, maddə 276) 27-ci maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 27.1-ci maddədə “yaşı 21-dən” sözlərindən sonra “, “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən” sözləri əlavə edilsin;
2. 27.2-ci maddədə “B” kateqoriyası” sözləri “B” və ya “BE” kateqoriyaları” sözləri ilə əvəz edilsin.


             
            
                                                                                                                        
                                                                                                                      İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
No– 1084-IIIQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU