"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə", "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının,
“Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”,
“Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və
“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə”
Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında

AZƏRBAYCAN     RESPUBLIKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalı, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan  Respublikasının medalları təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 23, maddə 996; 1993-cü il, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 251; 2003-cü il, No– 12, I kitab, maddə 677; 2005-ci il, No– 4, maddə 291; 2006-cı il, No– 10, maddə 846; 2007-ci il, No– 3, maddə 213; 2008-ci il, No– 6, maddələr 452, 472; 2009-cu il, No– 1, maddə 4, No– 7, maddə 515) 2-ci maddəsinin iyirmi ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirmi üçüncü - iyirmi altıncı abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalı;
“Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı;
“Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı;
“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” medalı.”.

III. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi  (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi  (2005-2010)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

VI. “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsviri təsdiq edilsin (əlavə olunur).

VII. “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

VIII. “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri təsdiq edilsin (əlavə olunur).

IX. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

X. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalının təsviri təsdiq edilsin (əlavə olunur).


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2010-cu il
No– 1112-IIIQ

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU