"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 497; 1999-cu il, No– 5, maddə 285; 2001-ci il, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002-ci il, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003-cü il, No– 6, maddə 256; 2004-cü il, No– 4, maddə 199, No– 6, maddə 396, No– 7, maddə 507; 2006-cı il, No– 2, maddə 66, No– 12, maddə 1028; 2007-ci il, No– 6, maddə 560, No– 11, maddə 1052, No– 12, maddə 1197; 2008-ci il, No– 7, maddə 602; 2009-cu il, No– 2, maddə 46, No– 12, maddə 949) 37-ci maddəsinin dördüncü hissəsində “Dərman vasitələrinin” sözləri “Həkim resepti əsasında buraxılan dərman vasitələrinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2010-cu il
No– 1114-IIIQD
Fayl şəklində yüklə

