"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti
arasında cinayətkarlıqla mübarizə sahəsində
əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” 2010-cu il mayın 13-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
No– 1073-IIIQ
Fayl şəklində yüklə

