"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”
 Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 6, maddə 477; 2008-ci il, No– 10, maddə 886; 2009-cu il, No– 12, maddə 966) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 6.1.12-ci maddədə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilsin, “və şəxsiyyət vəsiqəsinin nömrələri” sözləri “nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin;

2. 6.1.15-ci, 6.1.16-cı və 6.1.17-ci maddələrdə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2010-cu il
No– 1077-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU