Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Hacıqabul rayonunun
inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
1. Navahı qəsəbəsi Navahı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Navahı qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
2. Pirsaat qəsəbəsi Navahı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Pirsaat qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
3. Qızılburun kəndi Atbulaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qızılburun kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
No– 1085-IIIQ
Fayl şəklində yüklə

