"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişikliklər və əlavə edilməsi barədə

AZƏRBAYCAN     RESPUBLIKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il,  No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522,       No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008-ci il, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009-cu il, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1056-IIIQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. “Əzizbəyov rayonu”  bölməsinin adında “Əzizbəyov” sözü “Xəzər” sözü ilə əvəz edilsin;

2. “Goranboy rayonu” bölməsinin 23.27-ci sırası çıxarılsın;

3. “Naftalan şəhəri” bölməsinə aşağıdakı məzmunda 4.2-ci sıra əlavə edilsin:

“4.2. Qaşaltı Qaraqoyunlu bələdiyyəsi – Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndləri”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2010-cu il
No– 1087-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU