Azərbaycan Respublikası Milli Məclisi komitələri sədrlərinin seçilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisi
komitələri  sədrlərinin seçilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədrləri seçilsinlər:

Əli Məhəmməd oğlu Hüseynov - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Ziyafət Abbas oğlu Əsgərov - Təhlükəsizlik və müdafiə komitəsi;

Ziyad Əliabbas oğlu Səmədzadə - İqtisadi siyasət komitəsi;

Valeh Feyruz oğlu Ələsgərov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

Eldar Rza oğlu İbrahimov - Aqrar siyasət komitəsi;

Hadi Musa oğlu Rəcəbli         - Sosial siyasət komitəsi;

Arif Qafar oğlu Rəhimzadə - Regional məsələlər komitəsi;

Şəmsəddin Hümmət oğlu Hacıyev - Elm və təhsil komitəsi;

Nizami Qulu oğlu Cəfərov - Mədəniyyət komitəsi;

Rəbiyyət Nurullah qızı Aslanova - İnsan hüquqları komitəsi;

Səməd İsmayıl oğlu Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi;


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                 O.Əsədov


Bakı şəhəri, 29 noyabr 2010-cu il
No–  6-IVQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU