Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili    
işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əlavə   
edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ     
QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–7, maddə 453, No–12, maddə 731; 2004-cü il, No–10, maddə 760; 2005-ci il, No–4, maddə 280, No–10, maddələr 871, 872; 2006-ci il, No–10, maddə 846, No–11, maddə 927; 2007-cı il, No–8, maddə 756, No–11, maddə 1073, 1081; 2008-ci il, No–3, maddə 155, No–10, maddə 882; 2009-cu il, No–2, maddə 48, No–6, maddə 399; 2010-cu il, No–3, maddə 171, No–4, maddə 273) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

              
Bakı şəhəri, 21 dekabr 2010-cu il
No– 32-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU