Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Ali Məhkəməsi
hakiminin təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN

Q Ə R A R I


Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin   I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən  Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Nəsirov İnqilab Maşallah oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin. 

2. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                 O.Əsədov


Bakı şəhəri, 21 dekabr 2010-cu il
No–  20-IVQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU