"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 12, maddə 740; 2002-ci il, No– 12, maddə 706; 2003-cü il, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005-ci il, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006-cı il, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007-ci il, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008-ci il, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009-cu il, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010-cu il, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 2.0.4-cü maddədə “qeydiyyat vəsiqəsi” sözlərindən sonra “, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin” sözləri, “qəbul” sözündən sonra      “, bərpa” sözü əlavə edilsin;
2. 14-cü maddənin adında “qərarın” sözü “qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin” sözləri ilə əvəz edilsin;
3. aşağıdakı məzmunda 14.16-cı maddə əlavə edilsin:


14.16. Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə 5 manat
                                                                                                                           ”
4. 15-ci maddənin adında “, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi verilərkən, Azərbaycan Respublikası vətəndaşlığına qəbulu və ya vətəndaşlığından çıxması” sözləri “verilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul” sözləri ilə əvəz edilsin.

                                                                                            
                                                                                                                   
                                                                                                                                                                                                                  
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 30 dekabr  2010-cu il
No– 39-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU