Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvlərinin və əvəzedici
üzvlərinin seçilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların, Milli Məclisdə azlıq təşkil edən Azərbaycan Demokratik İslahatlar Partiyasının, Sosial  Rifah Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Azərbaycan Ümid Partiyasının və Ana Vətən Partiyasının təqdimatlarını nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi  qərara alır:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçilsinlər:

Pənahov Məzahir Məhəmməd oğlu,
Əliyev Şaitdin Sərdar oğlu,
Cavadov Fuad Musa oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Kazımova Validə Faiq qızı,
Orucov Qabil Əhməd oğlu,
Həsənov Tofiq Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Məmmədov Natiq Seyfulla oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Nadirov Nizami  Hüseyn  oğlu,
Tağıyev Azər Cabir oğlu,
Cəfərova Tamam Şaməmməd qızı,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Qəhrəmanlı Almas Əlisultan qızı,
Qurbanov Akif Yaqub oğlu,
Quliyev Etibar Cəfər oğlu.


2. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvləri seçilsinlər:

Paşayev Hüseyn Məmməd oğlu,
Hümbətov Sürəddin Məhəmmədhüseyn oğlu,
Adilov Nadir Adil oğlu.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                  O.Əsədov


Bakı şəhəri, 22 fevral 2011-ci il
No–  67-IVQR
  


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU