Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
əlavə və dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a  a l ı r :

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No– 6, maddə 274, No– 12,       I kitab, maddə 680; 2004-cü il, No– 6, maddə 416, No– 11, maddə 891; 2005-ci il,   No– 2, maddə 62, No– 4, maddə 278, No– 7, maddələr 576, 584, No– 12, maddə 1091; 2007-ci il, No– 7, maddə 712; 2008-ci il, No– 6, maddə 457; 2009-cu il, No– 2, maddə 44; 2010-cu il, No– 7, maddə 592) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 25.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə və   101-ci maddəsinin V hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.”.

2. 162-ci maddə üzrə:

2.1. 162.1-ci maddənin birinci cümləsində “Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizəd” sözləri “Namizəd” sözü ilə əvəz edilsin;
2.2. 162.2-ci maddədən “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə” sözləri çıxarılsın.
2.3. 162.6-cı maddənin birinci cümləsindən “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş” sözləri, ikinci cümləsindən “bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və” sözləri çıxarılsın.

3. 195-ci maddə üzrə:

3.1. 195.1-ci maddədə “Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan prezidentliyə namizəd” sözləri “Prezidentliyə namizəd” sözləri ilə əvəz edilsin;
3.2. 195.2-ci maddədən “bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri çıxarılsın;
3.3. 195.6-cı maddədən “bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan,” sözləri çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2011-ci il
No– 55-IVQD
       


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU