"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında”
Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 7, maddə 586; 2007-ci il, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008-ci il, No– 3, maddə 155, No– 6, maddə 481, No– 8, maddələr 694, 710; 2009-cu il, No– 6, maddə 399, No– 11, maddə 878; 2010-cu il, No– 3, maddə 171, No– 4, maddə 273) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 2.1-ci maddədə “Məhkəmə qərarlarının icrası haqqında”, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” sözləri “İcra haqqında”, “İcra məmurları haqqında” sözləri ilə əvəz edilsin;
2. 23.7-ci maddədə “məhkəmə icraçılarına” sözləri “icra məmurlarına” sözləri ilə əvəz edilsin;
3. 26.1-ci maddədə:
3.1. “xidmətlərində” sözündən sonra “, regional ədliyyə şöbələrində” sözləri əlavə edilsin;
3.2. “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” sözləri “icra məmurları” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2010-cu il
No– 43-IVQD
Fayl şəklində yüklə

