İctimai Televiziya və Radio Yayımları ŞirkətiYayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının tərkibində dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
"İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci, 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:
Aqil İsaq oğlu Dadaşov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;
Muxtar Kazım oğlu İmanov – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;
Cahangir Əbdüləli oğlu Məmmədli - namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 18 mart 2011-ci il
No– 87-IVQR
Fayl şəklində yüklə