"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 11, maddə 612; 2002-ci il, No– 5, maddə 250, No– 6, maddə 328; 2004-cü il, No– 3, maddə 133; 2005-ci il, No– 12, maddə 1079; 2006-cı il, No– 2, maddə 64, No– 11, maddə 933,   No– 12, maddə 1005; 2007-ci il, No– 6, maddə 560; 2008-ci il, No– 4, maddə 252, No– 6, maddə 462; 2010-cu il, No– 3, maddə 172, No– 6, maddə 487) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddə üzrə:
I hissə aşağıdakı redaksiyada verilsin:
“I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.”;
1.2. II hissədə “hansı təhqiqat orqanı” sözləri “əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti” sözləri ilə əvəz edilsin;
1.3. III hissədə “Təhqiqat orqanlarının” sözləri “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin” sözləri ilə əvəz edilsin;
1.4. IV hissədə “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər.”.
2. 20-ci maddə üzrə:
I hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.”;
2.2. III hissədə “prokurora” sözü “prokuror nəzarətinin subyektinə” sözləri ilə əvəz edilsin.


  
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 mart 2011-ci il
No– 95-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU