"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 688; 2000-ci il, No– 7, maddə 494; 2002-ci il, No– 8, maddə 464; 2004-cü il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 202; 2005-ci il, No– 10, maddələr 874, 876, 902; 2006-cı il, No– 11, maddə 927; 2007-ci il, No– 1, maddə 1, No– 2, maddə 82; 2009-cu il, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010-cu il, No– 11, maddə 944) aşağıdakı dəyişikliklər edilsin:
1. 17-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.”.
2. 18-ci maddənin üçüncü hissəsi dördüncü hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il
No– 96-IVQD
Fayl şəklində yüklə

