"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Qaz təchizatı haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qərara alır:
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–9, maddə 563; 2004-cü il, No–7, maddə 505; 2007-ci il, No–5, maddə 442; 2009-cu il, No–10, maddə 768; 2010-cu il, No–5, maddə 374) 13-cü maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"İstehlakçılara qazın verilməsi üçün qazpaylayıcı şəbəkəyə qoşulmanın texniki şərtlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il
No– 89-IVQD
Fayl şəklində yüklə

