"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 12, maddə 740; 2002-ci il, No– 12, maddə 706; 2003-cü il, No– 1, maddə 23, No– 8, maddə 428,  No– 12, I kitab, maddələr 676, 698; 2005-ci il, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006-ci il, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007-ci il, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008-ci il, No– 3, maddə 158,  No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009-cu il, No– 1, maddə 5,  No– 2, maddə 56,  No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010-cu il, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840; Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 39-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 2.0.3-1-ci maddə əlavə edilsin:
“2.0.3-1. sənədə apostil verilməsi;”;
2. 6-cı maddənin mövcud mətni 6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
“6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.”;
3. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:

“Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 

 Dövlət rüsumunun məbləği 

 

 1

 2

 

 Müvafiq sənədə apostil verilməsi.

 10 manat

”. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 mart 2011-ci il
No– 91-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU