"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq q ə r a r a  a l ı r:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007-ci il, No– 12, maddə 1194; 2008-ci il, No– 4, maddə 254, No– 6, maddə 464, No– 7, maddə 602, No– 8, maddələr 699, 710; 2009-cu il, No– 6, maddələr 395, 399, No– 11, maddələr 877, 879; 2010-cu il, No– 7, maddə 579) aşağıdakı məzmunda 20.1.4-1-ci və 20.7-1-ci maddələr əlavə edilsin:
“20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 mart 2011-ci il
No– 94-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU