"Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Hökuməti və
Küveyt Dövləti Hökuməti arasında diplomatik
və xidməti/xüsusi pasportlara malik olan
şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında”
Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a  a l ı r :

“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” 2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmış Saziş təsdiq edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 mart 2011-ci il
No– 76-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU