Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq  qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68, No– 5, maddə 398, No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No– 12, maddə 1221; 2008-ci il, No– 6, maddələr 454, 461, No– 7, maddə 602, No– 10, maddə 884, No– 12, maddələr 1047, 1049; 2009-cu il, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 953; 2010-cu il, No– 2, maddə 70, No– 3, maddələr 171, 178, No– 4, maddələr 275, 276, No– 07, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1. 302.2-ci maddədə “informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi” sözləri “gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 302.3-cü maddə əlavə edilsin:
“302.3 Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə -

min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
                 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 mart 2011-ci il
No– 78-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU