"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndinə əsasən qərara alır:

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 22, maddə 352; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 12, maddə 742; 1999-cu il, No– 4, maddə 225; 2001-ci il, No– 3, maddələr 145, 151, No– 5, maddələr 296, 299; 2009-cu il, No– 2, maddə 57, No– 12, maddə 967; 2010-cu il, No– 8, maddə 712) 30-cu maddəsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:
“5. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 mart 2011-ci il
No– 81-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU