"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yeyinti məhsulları haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə əsasən qərara alır:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 8; 2001-ci il, No– 12, maddə 736; 2003-cü il, No– 1, maddə 7; 2004-cü il, No– 1, maddə 6; 2007-ci il, No– 6, maddə 560; 2009-cu il, No– 2, maddələr 49, 55) 7-ci maddəsinin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 4 mart 2011-ci il
No– 82-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU