"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən qərara alır:

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 10, No– 6, maddə 414; 2001-ci il, No– 5, maddə 293, No– 11, maddə 687, No– 12, maddə 740; 2002-ci il, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004-cü il, No– 5, maddə 318; 2005-ci il, No– 4, maddə 281, No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993; 2007-ci il, No– 1, maddə 4, No– 2, maddə 69, No– 8, maddə 745, No– 11, maddələr 1053, 1075; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602; 2009-cu il, No– 1, maddə 5, No– 7, maddə 517, No– 11, maddə 878; 2010-cu il, No– 7, maddə 597, No– 11, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:
1.  6-cı maddə üzrə:
1.1. birinci hissədə “dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına əlli beş manat məbləğində haqq” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissədə “Bu barədə qəbz” sözləri “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd” sözləri ilə əvəz edilsin;
1.3. dördüncü hissənin ikinci cümləsində “bu maddənin birinci hissəsində müəyyən edilmiş haqq” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilsin;

2. 20-ci maddənin dördüncü hissəsindən və 21-ci maddənin altıncı hissəsindən “şəhadətnamənin verilməsinə və” sözləri çıxarılsın.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 4 mart 2011-ci il
No– 83-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU