"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və sağlamlıq imkanları
məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə  əsasən  q ə r a r a a l ı r:

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun  (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 16, maddə 697; 1994-cü il, No– 15, maddə 176; 1995-ci il, No– 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 2, maddə 81, No– 4, maddə 305, No– 5, maddələr 356, 378, No– 6, maddə 452; 1998-ci il, No– 1, maddə 16; 1999-cu il, No– 4, maddə 217, No– 7, maddə 395; 2001-ci il, No– 3, maddə 145, No– 12, maddələr 731, 736; 2002-ci il, No– 5, maddələr 244, 246, No– 12, maddə 706; 2004-cü il, No– 4, maddə 202, No– 7, maddə 507, No– 8, maddə 596; 2005-ci il, No– 8, maddə 684; 2007-ci il, No– 5, maddə 401; 2008-ci il, No– 7, maddə 602; 2010-cu il, No– 3, maddə 171, No– 4, maddə 275, No– 11, maddə 949) 43-cü maddəsinin altıncı  hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə  üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.”.

   
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                          
                                                                                                                            
Bakı şəhəri, 4 mart 2011-ci il
No– 85-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU