"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I N I N
K O N S T İ T U S İ Y A Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 115; 2004-cü il, No– 9, maddə 665; 2006-cı il, No– 3, maddə 207, No– 11, maddə 909; 2007-ci il, No– 10, maddə 928; 2009-cu il, No– 10, maddə 761, No– 12, maddə 944) 16.1-ci maddəsində “1320” rəqəmi “1800” rəqəmi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2011-ci il
No– 102-IVKQD
Fayl şəklində yüklə

