"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan folkloru nümunələrinin hüquqi
qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən qərara alır:

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No– 8, maddə 406; 2009-cu il, No– 12, maddə 971) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.3-cü maddədə “kommersiya məqsədi ilə ənənəvi  və  adi  olmayan  istifadə hallarında” sözləri “istifadəyə dair” sözləri ilə əvəz edilsin.
2.  6.2-ci maddədən “kommersiya məqsədi ilə” sözləri çıxarılsın.
3.  aşağıdakı məzmunda 6.3-cü və 6.4-cü maddələr əlavə edilsin:
“6.3. Digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur.
6.4. Digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydasını və istifadəyə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
4. 9.2-ci maddədə “dövlət büdcəsinə köçürülür və intellektual” sözləri “müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri, 17 may 2011-ci il
No– 124-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU