"Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında
mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında”
Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” 2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 168-IVQ
Fayl şəklində yüklə

