"Dövlət qullu?u haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Dövlət qulluğu haqqında" Azərbaycan

Respublikasının Qanununa əlavələr və

dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199; Azərbaycan Respublikasının 2004-cü il 4 may tarixli 646-IIQD və 2004-cü il 8 iyun tarixli 684-IIQD nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

 

1.1. Qanunun 2.2-ci maddəsində "icra hakimiyyəti orqanlarında" sözləri "icra" sözü ilə əvəz edilsin.

 

1.2. Qanunun 2.4-cü maddəsinin ikinci cümləsi çıxarılsın.

 

1.3. Qanunun 4.3-cü maddəsində "və qanunlarını" sözləri ", qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını" sözləri ilə əvəz edilsin.

 

1.4. Qanunun 7.1-ci maddəsində "yaradılmış" sözündən sonra "və dövlət büdcəsindən maliyyələşdirilən" sözləri əlavə edilsin.

 

1.5. Qanunun 8.1.7-ci maddəsində "bölmələri" sözündən sonra "və yanında, tabeliyində olan regional orqanları" sözləri əlavə edilsin.

 

1.6. Qanunun 9-cu maddəsinin birinci cümləsində "struktur vahididir" sözləri "ştat vahididir" sözləri ilə əvəz edilsin.

 

1.7. Qanunun 10.6-cı maddəsində "mütəxəssislərin" sözü "dövlət qulluqçularının" sözləri ilə əvəz edilsin.

 

1.8. Qanunun 11.1.4-cü maddəsində "4-cü" sözündən sonra "və 5-ci" sözləri əlavə edilsin.

 

1.9. Qanunun 11.1.7-ci, 11.1.8-ci və 11.1.9-cu maddələrində "bölmələri" sözündən sonra "və yanında, tabeliyində olan regional orqanları" sözləri əlavə edilsin.

 

1.10. Qanunun 11-ci maddəsinə aşağıdakı məzmunda qeyd əlavə edilsin:

 

"Qeyd:

 

1. 11.3-cü maddənin müvafiq olaraq 1-ci cümləsində "dövlət orqanı" və dördüncü cümləsində "uyğun dövlət orqanlarında" dedikdə, dövlət qulluqçusunun hazırda işlədiyi (vəzifə tutduğu) dövlət orqanı, habelə dövlət qulluqçusunun bir təsnifat daxilində bərabər statuslu vəzifəyə keçdiyi həmin təsnifata daxil olan dövlət orqanı nəzərdə tutulur.

2. 11.3-cü maddənin müvafiq olaraq birinci və üçüncü cümlələrində "müvafiq vəzifədə" dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur."

 

1.11. Qanunun 11.3-cü maddəsinin üçüncü cümləsində "tutduğu vəzifənin ardınca gələn inzibati vəzifə təsnifatına uyğun ixtisas dərəcəsi verilir" sözləri "tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir" sözləri ilə əvəz edilsin.

 

1.12. Qanunun 11.3-cü maddəsində "fasiləsiz əmək stajı" sözləri "qulluq stajı" sözləri ilə əvəz edilsin.

 

1.13. Qanunun 16.2.1-ci maddəsində "1-ci dərəcə dövlət müşaviri" sözlərindən sonra "və 2-ci dərəcə dövlət müşaviri" sözləri əlavə edilsin.

 

1.14. Qanunun 16.2.2-ci maddəsində "3-cü dərəcə dövlət müşaviri" sözlərindən sonra ", dövlət qulluğunun baş müşaviri" sözləri əlavə edilsin.

 

1.15. Qanunun 16.2.3-cü maddəsində "dövlət qulluğunun baş müşaviri" sözlərindən sonra "və dövlət qulluğunun müşaviri" sözləri əlavə edilsin.

 

1.16. Qanunun 16.2.4-cü maddəsində "dövlət qulluğunun müşaviri" sözlərindən sonra "və dövlət qulluğunun kiçik müşaviri" sözləri əlavə edilsin.

 

1.17. Qanunun 16.2.5-ci maddəsində "dövlət qulluğunun kiçik müşaviri" sözlərindən sonra "və 1-ci dərəcə dövlət qulluqçusu" sözləri əlavə edilsin.

 

1.18. Qanunun 16.2.6-cı maddəsində "1-ci dərəcə dövlət qulluqçusu" sözlərindən sonra "və 2-ci dərəcə dövlət qulluqçusu" sözləri əlavə edilsin.

 

1.19. Qanunun 16.2.7-ci maddəsində "2-ci dərəcə dövlət qulluqçusu" sözlərindən sonra "və 3-cü dərəcə dövlət qulluqçusu" sözləri əlavə edilsin.

 

1.20. Qanunun 16.2.8-ci maddəsində "3-cü dərəcə dövlət qulluqçusu" sözlərindən sonra "və kiçik dövlət qulluqçusu" sözləri əlavə edilsin.

 

1.21. Qanunun 17.2.1-ci və 17.2.2-ci maddələrindən "ardıcıl olaraq" sözləri çixarılsın.

 

1.22. Qanunun 22.3-cü maddəsinin dördüncü cümləsində "dərəcənin" sözü "təsnifatın" sözü ilə əvəz edilsin.

 

1.23. Qanunun 25.3-cü maddəsindən "müvafiq dövlət qulluğunu idarəetmə orqanının razılığı ilə" sözləri çıxarılsın.

 

1.24. Qanunun 27.2.3-cü maddəsində "vəzifəli şəxslə" sözləri "dövlət qulluqçusu ilə" sözləri ilə əvəz edilsin.

 

1.25. Qanunun 28.4-cü maddəsinin birinci cümləsində "keçirilir və" sözündən sonra "vahid" sözü əlavə edilsin.

 

1.26. Qanunun 30.3.1-ci, 30.3.2-ci və 30.3.3-cü maddələrində "qulluğa görə" sözləri "əmək stajına görə" sözləri ilə əvəz edilsin.

 

1.27. Qanunun 30.6-cı maddəsində "münasibətləri" sözündən sonra "bu Qanunun müddəaları nəzərə alınmaqla" sözləri əlavə edilsin.

 

1.28. Qanunun 33.5.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"33.5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla;".

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2004-cü il

№ 751-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU