"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanuna uyğun olaraq qərara alır:
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 70; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674; 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505; 2005-ci il, No– 3, maddə 152, No– 10, maddə 874; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 3, maddə 219, No– 4, maddə 319, No– 11, maddə 933, No– 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, No– 7, maddə 712, No– 8, maddə 753, No– 11, maddə 1053; 2008-ci il, No– 3, maddə 158, No– 8, maddələr 699, 701, No– 10, maddə 886; 2009-cu il, No– 7, maddə 519; 2010-cu il, No– 3, maddə 166, No– 4, maddə 276, No– 11, maddə 935; 2011-ci il, No– 4, maddə 270) 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndindən “Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin sədrinə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədrinə,” sözləri çıxarılsın.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 141-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU