Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 17, No– 5, maddə 323; 2002-ci il, No– 5, maddə 236; 2003-cü il, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004-cü il, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005-ci il, No– 4, maddələr 277, 278; 2006-cı il, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1046; 2009-cu il, No– 6, maddə 402; 2010-cu il, No– 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1.  4.3-cü maddədə “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə əvəz edilsin.
2.  24.2-ci maddədə “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.
3. 25-ci maddədə:
3.1. 25.1-ci maddədən “, inzibati” sözü çıxarılsın;
3.2. 25.2-ci maddə çıxarılsın.
4. 26-cı maddədə:
4.1. maddənin adında “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəmələrə” sözləri ilə əvəz edilsin;
4.2. 26.1-ci maddədən “mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan” sözləri çıxarılsın və “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin;
4.3. 26.2-ci maddədə “İqtisad məhkəməsində” sözləri “İnzibati-iqtisadi məhkəmədə” sözləri ilə əvəz edilsin;
4.4. 26.2.1.-ci maddədə “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə əvəz edilsin;
4.5. 26.2.3-26.2.5-ci maddələr çıxarılsın;
4.6. 26.3-cü maddədə “İqtisad məhkəmələri” sözləri “İnzibati-iqtisadi məhkəmələr” sözləri ilə əvəz edilsin.
5. 30-cu maddədə “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.
6. 34-cü maddənin birinci cümləsində “yerli iqtisad məhkəmələri” sözləri “inzibati-iqtisadi məhkəmələr” sözləri ilə əvəz edilsin.
7. 55.2-ci maddədə “iqtisad məhkəməsində” sözləri “inzibati-iqtisadi məhkəmədə” sözləri ilə əvəz edilsin.
8. 221-ci maddə çıxarılsın.
9. 231.3-cü maddənin ikinci cümləsində “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə, hər iki halda “iqtisad məhkəməsi” sözləri “inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.
10. 254.1.4-cü maddədə “və ya inzibati qaydada” sözləri “, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında” sözləri ilə əvəz edilsin.
11. 285.0.2-285.05-ci maddələr çıxarılsın.
12. 286.2-ci maddə çıxarılsın.
13. 288-ci və 289-cu maddələrdə “24-29-cu” sözləri “24-cü və 25-ci” sözləri ilə əvəz edilsin.
14. 26-29-cu və 38-ci fəsillər çıxarılsın.
15. 358-ci maddədə:
15.1. 358.0.1-ci və 358.0.3-cü maddələrdən “işlər üzrə” sözləri çıxarılsın;
15.2. 358.0.2-ci maddədə “yerli iqtisad məhkəmələrinin” sözləri “inzibati-iqtisadi məhkəmələrin” sözləri ilə və hər iki halda “iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
16. 402-ci maddədə “mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə, “mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə əvəz edilsin.
17. 404-cü maddədə:
17.1. 404.1.1-ci maddədən hər iki halda “işlər üzrə” sözləri və “işlər üzrə məhkəmə” sözləri çıxarılsın;
17.2. 404.1.2-ci maddədə hər iki halda “iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri və “iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin;
17.3. 404.2-ci maddədə “işlər və iqtisadi mübahisələr üzrə” sözləri “kollegiyaya və inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
18. 414-cü maddədə “işlər üzrə məhkəmə” sözləri çıxarılsın və “İqtisadi mübahisələrə dair məhkəmə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
19. 422-ci maddədə “işlər üzrə məhkəmə kollegiyasının və İqtisadi mübahisələrə dair işlə üzrə məhkəmə” sözləri “kollegiyasının və İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
20. 423-cü maddənin birinci cümləsində “işlər üzrə məhkəmə kollegiyasının və İqtisadi mübahisələr üzrə məhkəmə” sözləri “kollegiyasının və İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 143-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU