"Yan?ından icbari sı?orta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Yanğından icbari sığorta haqqında"
Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına
əlavə və dəyişiklik edilməsi barədə
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I."Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 415; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 235, 237, 2002-ci il, № 12, maddə 706, Azərbaycan Respublikasının 2004-cü il 20 aprel tarixli 641-IIQD nömrəli Qanunu) 23-cü maddəsinin üçüncü hissəsi çıxarılsın, ikinci hissə aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından icbari sığortalanması "Yanğından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (I kitab), maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4 (I kitab), maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr, 713, 714; 2004-cü il, № 1, maddələr, 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321; Azərbaycan Respublikasının 2004-cü il 20 aprel tarixli 642-IIQD nömrəli, 1 iyun tarixli 679-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 253-1-ci maddə əlavə edilsin:
"Maddə 253-1. Yanğından icbari sığorta müqaviləsinin bağlanmaması
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən sığortaçı ilə yanğından icbari sığorta müqaviləsinin bağlanmamasına görə-
vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.".
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2004-cü il
№ 752-IIQD

