"Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 6, maddə 386; 2002-ci il, No– 8, maddə 465) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.2-ci maddədə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə” sözləri “onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə” sözləri ilə əvəz edilsin.
2. 8.1-ci maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “Ağır cinayətlər məhkəməsi” sözləri ilə əvəz edilsin.
3. 8.2-ci maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının   Məhkəməsinin”   sözləri “Ağır cinayətlər məhkəməsinin” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 148-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU