"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 114; 2003-cü il, No– 6, maddə 277; 2004-cü il, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007-ci il, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602; 2009-cu il, No– 12, maddə 952; 2010-cu il, No– 2, maddə 75, No– 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1. 17.1.1-ci maddədə “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladıqda” sözləri “borclunun iflası barədə məhkəmə icraatına başlandıqda” sözləri ilə əvəz edilsin.
2. 19.1.1-ci maddədə “iqtisad məhkəməsi borclunun iflası barədə məhkəmə icraatına başladığı” sözləri “borclunun iflası barədə məhkəmə icraatına başlandığı” sözləri ilə əvəz edilsin.
3. 21.1-ci maddədə  “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə, “iqtisad məhkəməsi” sözləri hər iki halda “inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.
4. 59.3-cü maddədə “İqtisad məhkəməsi” sözləri “İnzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.
5. 87.1-ci maddənin birinci cümləsində “İqtisad məhkəməsi” sözləri “İnzibati-iqtisadi  məhkəmə”  sözləri  ilə,  ikinci  cümləsində  “iqtisad  məhkəməsinə”
sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.

  
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 149-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU