"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə-Hüquq Şurası haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
                                                                                                                                                                        “Məhkəmə-Hüquq Şurası Haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 1, maddə 8, No– 8, maddə 686; 2006-cı il, No– 1, maddə 4; 2007-ci il, No– 4, maddə 321; 2010-cu il, No– 7, maddə 596; 2011-ci il, No– 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:             

1. 11.0.4-cü və 12.0.4-cü maddələrdə “ağır cinayətlərə dair işlər üzrə məhkəmələrin” sözləri “ağır cinayətlər məhkəmələrinin” sözləri ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 11.0.10-1-ci maddə əlavə edilsin:
“11.0.10-1. hakimlərin vəsiqələrinin nümunələrini təsdiq edir;”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 151-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU