Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 403; 2005-ci il, No– 10, maddə 876; 2007-ci il, No– 7, maddə 712) 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xidməti vəsiqələrinin nümunələrini bu Əsasnamənin tələblərini nəzərə almaqla, Məhkəmə-Hüquq Şurası təsdiq edir.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 153-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU