"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

 

"Narkoloji xidmət və nəzarət haqqında"

Azərbaycan Respublikasının Qanununa

dəyişikliklər edilməsi barədə" Azərbaycan

Respublikası Qanununun tətbiqi ilə əlaqədar

Azərbaycan Respublikasının bəzi qanunlarına

dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I."Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Torlusu, 1999-cu il, №8, maddə 474; 2001-ci il, №11, maddə 676; 2002-ci il, №5, maddə 240, №6, maddə 328) 14-cü maddəsindən "və xüsusi fondun" sözləri çıxarılsın.

 

II. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240) II bölməsinin 4-cü bəndi çıxarılsın.

 

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2004-cü il

№ 753-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU