"İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No–6, maddə 461; 2007-ci il, No–5, maddə 436, No–11 maddə 1053; 2008-ci il, No–5, maddə 348; 2009-cu il, No–12, maddə 948) aşağıdakı dəyişikliklər edilsin:
1. 41.2-ci və 47.2-ci maddələrdə ismin müvafiq hallarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilsin.
2. 41.3-cü maddədə “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilsin.
3. 47.2-ci maddədə “məhkəmə icraçılarının” sözləri “icra məmurlarının” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
                                                                                                                                

Bakı şəhəri, 17 may 2011-ci il
No– 120-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU