"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması,
icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci bəndinə uyğun olaraq q ə r a r a   a l ı r :
         
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, No– 22, maddə 349; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, No– 7, maddə 589) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilələr sayılır.”.
2. 6-cı maddənin birinci cümləsində “orqanlarının” sözündən sonra “və dövlətə məxsus müəssisələrin” sözləri əlavə edilsin.
3. 17-ci maddənin birinci hissəsində “orqanları” sözündən sonra “və dövlətə məxsus müəssisələr” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 170-IVQD
 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU