"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 399; 2000, No– 7, maddə 486; 2001, No– 12, maddə 731; 2002, No– 5, maddə 241; 2008, No– 11, maddə 957) 26-cı maddəsindən “ , idarələrarası” sözü çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 171-IVQD
Fayl şəklində yüklə

