Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 583, 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734, 2002-ci il, №5, maddə 249, №12, maddə 707, 2003-cü il, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1) 211.1.3-cü maddəsindəki cədvəldə "Ölkə ərazisində qaldığı müddət" sütununda "1 həftəyədək" sözləri "2 həftəyədək" sözləri ilə əvəz edilsin.

 

II. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 sentyabr 2004-cü il

№ 766 - IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU