"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci və 27-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 12, maddə 984; 2007, No– 6, maddə 562, No– 10, maddə 938, No– 12, maddə 1196; 2009, No– 6, maddə 404, No– 7, maddələr 507, 517; 2010, No– 10, maddə 839) 9.2-ci maddəsində “və ona müvafiq səlahiyyətlər verildiyi halda Azərbaycan dövləti adından” sözləri “(Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasının tələbləri nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin.

      

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 173-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU