"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il No– 5, maddə 417; 1998-ci il, No– 7, maddə 444; 1999-cu il, No– 10, maddə 570; 2001-ci il, No– 3, maddə 151, No– 11, maddə 697, No– 12, maddə 736; 2002-ci il, No– 8, maddə 463; 2004-cü il, No– 1, maddə 10; 2006-cı il, No– 5, maddə 390, No– 12, maddə 1005; 2007-ci il, No– 11, maddə 1053; 2010-cu il, No– 3, maddə 173) 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 176-IVQD
Fayl şəklində yüklə

