"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 12, maddə 1080; 2007-ci il, No– 8, maddə 756; 2010-cu il, No– 3, maddələr 171,172; 2011-ci il, No– 3, maddə 162) aşağıdakı məzmunda 38.2.7-1-ci maddə əlavə edilsin:
“38.2.7-1. şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 178-IVQD
Fayl şəklində yüklə

