"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İcra haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ

Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 114; 2003, No– 6, maddə 277; 2004, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973;  2007, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008, No– 6, maddə 462, No– 7, maddə 602, 2009, No– 12, maddə 952; 2010, No– 2, maddə 75, No– 7, maddə 591) aşağıdakı dəyişikliklər  edilsin:

1. preambulada “qeydlərinin” sözündən sonra “, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin” sözləri əlavə edilsin;

2. 6.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.1.9-cu maddə əlavə edilsin:

“6.1.9. məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi).”;

3. 13.1.4-cü  maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.1.5-ci maddə əlavə edilsin:

“13.1.5. qısamüddətli mühafizə orderi - dərhal.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 iyun 2011-ci il
No– 179-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU