Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 583; 2001-ci il, No–7, maddə 454, No–9, maddə 576, No–12, maddə 734; 2002-ci il, No–5, maddə 249, No–12, maddə 707; 2003-cü il, No–8, maddə 425, No–12, I kitab, maddə 671; 2004-cü il, No–1, maddə 1, No–11, maddə 887, No–12, maddə 980;    2005-ci il, No–2, maddə 61, No–8, maddə 688, No–12, maddə 1081; 2006-cı il, No–12, maddələr 1005, 1026; 2007-ci il, No–1, maddə 4, No–6, maddə 597, No–12, maddə 1192; 2008-ci il, No–7, maddə 602, No–11, maddə 960; 2009-cu  il, No–7, maddə 506; 2011-ci il, No–1, maddə 14) aşağıdakı dəyişikliklər edilsin:
1.  aşağıdakı məzmunda 106.1.9-106.1.11-ci maddələr əlavə edilsin:
“106.1.9. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri;
106.1.10.  Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər hüquqi şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri;
106.1.11. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar;”;
2.  aşağıdakı məzmunda 122.3-cü maddə əlavə edilsin:
“122.3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.”;
3. 164.1.11-ci   maddədə   "Dövlət   Neft   Fonduna"   sözlərindən   sonra   “və   ya Azərbaycan Respublikasını təmsil edən tərəfə” sözləri əlavə edilsin;
4.   aşağıdakı   məzmunda   164.1.14-cü   və   183.3-cü   maddələr   əlavə   edilsin:
“164.1.14. Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar;
183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 iyun 2011-ci il
No– 161-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU