Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli
928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 71; 2001-ci il, No– 11, maddələr 669, 674; 2002-ci il, No– 7, maddə 395; 2004-cü il, No– 4, maddə 199; 2006-ci il, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12, maddələr 1006, 1033; 2007-cı il, No– 1, maddə 4, No– 4, maddə 319; 2008-ci il, No– 8, maddə 698, No– 10, maddə 886; 2009-cu il, No– 4, maddə 211, No– 7, maddə 519) ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci bəndinin ikinci abzasına “tətbiq edilibsə” sözlərindən sonra “, məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması   barədə    məhkəmənin   qanuni   qüvvəyə minmiş  qərarı  varsa”
sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may 2011-ci il
No– 110-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU